Əli Əhmədovun deputat mandatı ləğv edildi

Əli Əhmədovun deputat mandatı ləğv edildi
  12 Noyabr 2013    Oxunub:1176
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq, MSK Azərbaycan Prezidenti tərəfindən Baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verib.

Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Parlamentinin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.


Teqlər:





Xəbər lenti