Yaqub Mahmudov: “Şəkidə soyqırım muzeyi tikilsin”
O, bildirib ki, qeyri-neft sektorunda əsas sahələrindən biri turizmdir: “ Büdcə formalaşdırılarkən regionlarda turizmin inkişafına, abidələrin bərpasına diqqət artırılmalıdır. Tarixi binaların təmir olunması, turisltlərin qarşısına çıxarıldılması üçün vəsait ayrılmalıdır”.
Millət vəkili Şəkidə soyqırım muzeyinin tikilməsini təklif edib:
“Şəki üsyançıları güllələnərək quyulara doldurulub. Bütün bunları xaricə təqdim etmək üçün Şəkidə soyqırım muzeyi tikilməlidir.
Ermənistan qondarma soyqırımın 100 illiyi ilə bağlı ciddi işlər görür. Biz də bu istiqamətdə addımlar atmalıyıq. Bununl bağlı filmlər çəkilməli, kitablar çap olunmalıdır ki, dünyaya Ermənistanın Azərbaycan xalqına törətdiklərini çatdıraq və onlara dərs verək”.
Sevinc İltifatqzı