İnsan orqanizmində 2000 naməlum bakteriya tapılıb

  İnsan orqanizmində 2000 naməlum bakteriya tapılıb
  12 Fevral 2019    Oxunub:7153
Avropada bioinformatika üzrə mütəxəssislər daha bir sensasiyalı kəşfə imza atıblar.
Azvision.az -ın məlumatına görə, onlar insanın bağırsağında bundan əvvəl naməlum olmayan iki mindən çox bakteriyanın iizlərini müəyyənləşdiriblər.

"Nature" jurnalında dərc edilmiş tədqiqatda deyilir ki, bakteriya Cənubi Asiya və Afrika sakinlərinin bağırsaq mikroflorasındakı nümunələrdə aşkar edilib.

Mütəxəssislər qeyd edirlər ki, bilavasitə mədə və bağırsaq mikroflorasının vəziyyəti ilə əlaqəli olan müxtəlif xəstəliklərin yayılma dərəcəsini təhlil edərkən bu fərqi nəzərə almaq lazımdır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Bakteriya  





Xəbər lenti