Müdafiə nazirliyində yeni kadr dəyişikliyi

Müdafiə nazirliyində yeni kadr dəyişikliyi
  13 Noyabr 2013    Oxunub:1408
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirlikdə növbəti kadr dəyişikliklərini həyata keçirib.
AzVision.az-a bu barədə hərbin ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çağırış mətəqəsində çalışmış, baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi orada vəzifə pillələrini keçən polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin (MN) Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilməklə rəisin vəzifələrini icra edilməyə buraxılıb. Ü.Cəfərov bildirib ki, bu yaxınlara kimi bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi.

Nazirin daha bir kadr dəyişikliyi ilə bağlı danışan hərbi ekspert əlavə edib ki, adı sabiq nazir Səfər Əbiyevin kadrları sırasıdan davamlı şəkilən MN Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib: “Onun yerinə isə, bu sahə ilə ümumiyyətlə heç bir əlaqəsi olmayan, bir müddət Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib. Buna qədər isə, adı çəkilən zabit C.Naxçıvanski adına Hərbi Litseydə xidmət keçirdi. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfayel Rzayevin Binə Aeroportunda köməkçisi işləyib”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti