Davudoğlu Qarabağ problemini ABŞ və Rusiyada qaldıracaq

Davudoğlu Qarabağ problemini ABŞ və Rusiyada qaldıracaq
  13 Noyabr 2013    Oxunub:1389
Əhməd Davudoğlu: `Münaqişəni həll etmək lazımdır`

Ötən gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qardaş ölkədə səfərdə olan ölkə başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra mətbuata danışan Ə.Davudoğlu Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf xəttindən söz açıb.

Nazir bildirib ki, Ermənistan ilə münasibətlərin normallaşma prosesində Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan, eləcə də diasporu əhatə edən türk-erməni münasibətləri birgə inkişaf etdirilməlidir:

“Ermənistanın bizə olan inamsızlığını aradan qaldırmaq lazımdır, eyni zamanda da Azərbaycanın haqlı tələblərini də heç cür diqqətdən kənarda qoymamalıyıq, torpaqların yüzdə 20 faizi işğal altında olan cəmiyyətin gözləntilərini diqqətlə saxlayaraq, yeni cığır açmalıyıq”.

Növbəti həftələrdə ABŞ və Rusiya səfərləri çərçivəsində Qafqazda sülhün müzakirə olunacağını bildirən Türkiyənin xarici işlər naziri bildirib ki, problemin həll prosesi bütün tərəflərlə danışılmalıdır:

“20 ildir ki, tamamlanmış və dondurulmuş münaqişəni həll etmək lazımdır. ABŞ-Rusiya-Fransadan ibarət olan Minsk qrupu indiyə qədər problemi həll edən addım atmayıb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti