Oqtay Əsədov İqbal Ağazadəni pərt etdi

Oqtay Əsədov İqbal Ağazadəni pərt etdi
  13 Noyabr 2013    Oxunub:932
“Mən hökümət üzvlərinə müraciət edərək deyirəm ki, qiymət artımına ehtiyac haradan yaranır, niyə kommunal xidmətlər bahalaşmalıdır?”
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili İqbal Ağazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan əhalisinin 40 faizi kənd yerlərində yaşayır və bu isə o deməkdir ki, Azərbaycan aqrar ölkədir:

“Amma ixrac məhsullarının 95 faizi neft məhsulları təşkil edir. Bu göstərici gələcək üçün heç bir ümidverici vəd göstərmir. İkinci bir tərəfdən ixrac əməliyyatlarında özəl sektorun payı 5,2 faiz təşkil edir. İxracın 94 faizi dövlətin payına düşür. Bu isə deməkdir ki, özəl sektorun inkişafı ürəkaçan deyil. Ölkədə azad iqtisadi münasibətlər seçilsə də, bu göstərir ki, dövlət bu sahəni öz üzərində saxlayır və özəl sektor inkişaf etmir. O cümlədən idxal əməliyyatlarında özəl sektorın payı 74, dövlət sektorunun payı 26 faizdir. Bu birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı məsələdir. İstehlak təlabatında əhalinin təbatını nəzərə alan hökümət gərək ərzaq təhlükəsizliyi məsələsini düşünərdi”.

Əmək haqlarının azdlığından danışan deputat bildirib ki, dövlət bölməsində çalışanların orta aylıq əmək haqqı 332, özəl bölmədə 496, qeyri neft sektoru 367, neft sektoru 1413 manat təşkil edir və bu onu göstərir ki, dövlət sektorunda çalışanların əmək haqqı olduqca aşağıdır.

Deputatın sözlərinə görə, müəllimlər və həkimlərin maaşı artırılmaldır, sağlam təhsil və sağlam səhiyyə olmalıdır. Kommunal xərclərin artırılmasından danışan İ.Ağazadə qiymət artımının əleyinə olduğunu bildirib:

“Samir Şərifov komitə iclasında kommunal xərclərin artırılmasının anonsunu verdi. Mən hökümət üzvlərinə müraciət edərək deyirəm ki, qiymət artımına ehtiyac nədən artır, niyə kommunal xidmətlə bahalandırılmalıdır. Hökümət üzvlərindən rica edirəm buna aydınlıq gətirilsin. Bir kv elektrik enerjisinə xərclənən pulun miqdarı nə qədərdir ki qiymət artılır? Və ya qaz, su və digər sahələrdə olan problemlər də əhalinin səviyyəsi o dərəcədə deyil ki, qiymət artıqca onu ödəyə bilsin. Şəhər yerlərində ola bilsin hiss olunmasın. Amma kənd yerlərində və aztəminatlı ailələrdə bu problemdir. Bu ərzaq məhsullarının 70 faiz qalxmasına səbəb olacaq. Onda diqqət edək ki, biz neçə faiz əmək haqqı qaldırmışıq. Son dövrlərdə əmək haqqının artımı 10-15 faiz artımından keçməyəcək. Hökümət bunun barəsində ciddi düşünməlidir və qiymət artımını gerçəkləşdirməməlidir. Həkimlərin və müəllimlərin maaşlarınına artırılması istiqmatində hökümət ciddi düşünməlidir. Bu artım olarsa bu sahələrdə inkişaf bütün sferalara əhatə edəcək. Başqa sferalara qoyulan investisiyalar ardıcıl və davamlı olmur. Amma əhalinin təhsili və səhiyyəsinə qoyulan investisiya onların gələcəyinin təminatı baxımından önəmlidir Partiyaların da maliyyələşməsində artım nəzərə alınmalıdır.

Oqtay Əsədov isə İqbal Ağazadənin dediklərinə belə cavab verib: “Mən Samir Şərifovun belə anons görməmişəm ki, qiymət artımı olacaq, maliyyə nazirinin boynuna belə şey qoyma. Özün anons verib özün də cavab verirsən. Maliyyə naziri sabah burada olacaq və buna cavab verəcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti