“İran bizimlə yezid kimi davranır” - Deputatdan ETİRAZ

“İran bizimlə yezid kimi davranır” - Deputatdan ETİRAZ
  13 Noyabr 2013    Oxunub:1529
“Rusiyanın miqrasiya ilə bağlı hücumundan istifadə edən İran da fəaliyyətini gücləndirib”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib.

“Vaxtilə Yezid suyu kəsdiyi kimi İran rəhbərliyi bizə Yezid kimi davranır. Milli Məclis İslam əməkdaşlıq təşkilatı və BMT-yə müraciət edərək İranin bu hərəkətini pisləməlidir. İrandanda 30 milyon azərbaycanlı yaşayır, lakin onların milli şüuru dirçəlməyib. Diaspora fəaliyyəti gücləndirilməlidir ki, İrandakı soydaşlarımız milli kimliyini dərk edə bilsinlər. Əgər İrandakı azərbaycanlılar milli kimliyini dərk etsəydilər, indi İrandakı mollalar cəsarət tapmazdılar ki, Azərbaycanla belə davransınlar. İranın Azərbaycandakı tör-töküntülərinə üzünü tutub deyirəm ki, islam həmrəyliyindən çıxış edərək İsrail və ABŞ bayraqlarını yandırırdılar. İndi kişiliyiniz çatırsa, İrana qarşı aksiya keçirsinlər. Biz diaspora fəaliyyətini gücləndirməliyik. Büdcədən 3-4 milyon vəsait ayrılıb. Bu vəsaitlə nə etmək olar?”.

Daha sonra hərbi xərclərdən danışan deputat bildirib ki, 20 faiz torpaqlaqrımız işğal altındadır, amma büdcə vəsaitlərinin 8, 2 faiz müdafiə xərclərinə ayırır:

“Hərbi xərclər 20-22 faizə qədər çatdırılmalıdır. Bir tərəfdən Rusiya, İran Azərbaycana təzyiqlərə artır. Regionlara ayrılan dotasiyalarla bağlı demək iatəyirəm ki, blokada vəziyyətdə olan Naxçıvana olan dotasiyanın həcmi azdır, bu artırılmalıdır ki, ora boşalmasın və yeni iş yerləri açılamalıdır. Bu gün səhiyyə işçilərinin orta aylıq əmək haqqısı BMT əmək təşkilatının açıqladığı hesabatdan 7 dəfə azdır. Məktəbəqədər təhsil müəsisələrinin vəziyyəti pisdir. Valideyinlər uşaqlarını qoymağa baxça tapmır. Dövlət bu sahəyə də diqqət ayırmalıdır ki, uşaqlar bağçalara gedə bilsinlər. Bu gün banklarımız xaricdən gedib 7 faizlə kredit götürür, Azərbaycanda 16 və ya bəzən yuxarı faizlərlər sahibkarlara kredit verilir. Azərbaycanin xarici banklarda olan pulları isə 0,89 faiz gəlir gətirir. Olmaz ki bunu Azərbaycana gətirib sahibkarlara 10 faiz kreditlə verilsin. Bu ölkədə yeni iş yerlərinin açılmasına yardımçı olar. Prezident də Nazirlər Kabinetinin iclasında bunu demişdi. Amma Elman Rüstəmov mənim bu sualıma bir dəfə belə cavab verdi ki, bizim gücümüz yoxdur ki, bunu gətirək”.

Deputatın çıxışına reaksiya verən spiker bildirib ki, bu məsələlərə hökümət münasibət bildirib.

“Demək istəyirəm ki, bütün rezerv pullarını hökümət hamısını kredit formasında verə bilməz. Bu ciddi problem yaradar. Çıxışın əvvəlində isə danışdınız ki, elə bil Azərbaycana Səlib yürüşləri başlayıb. İran və Rusiya ilə dövlət danışıqlara başlayıbb və bu problemlər öz həllini tapacaq. Bunu bu qədər şişirtməyək. Danışanda bir az ehtiyatlı davranaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti