Türkiyədə İlham Əliyevin sədrliyi ilə iclas keçirilir
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclası öz işinə başlayıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasa Azərbaycan preizdenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sədrlik edirlər.
Ankarada keçirilən iclasda İlham Əliyevi türkiyənin baş naziri qarşılayıb. Toplantıda enerji sahəsi, ticarət həcminin artırılması, regional məsələlər və iqtisadi münasibətlər müzakirə olunacaq.
Daha sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirəcək. Mətbuat konfransından sonra iki ölkə rəsmisi və onların həyat yoldaşları hakim Ədalət və İnkişaf Partiyasının qərargahında nahar edəcək.
Fatimə Kərimli