“Nida”çının evində “Molotov kokteyli” tapıldı

“Nida”çının evində “Molotov kokteyli” tapıldı
  08 Mart 2013    Oxunub:1633
“Əsgər ölümlərinə son” şüarı ilə keçiriləcək aksiyada təxribat törətmək planlaşdırılırmış.
Dünən axşam saatlarında “Nida” Vətəndaş Hərəkatının 3 üzvü – Əzizov Məhəmməd Rasim oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu və Novruzlu Şahin İbrahim oğlu həbs ediliblər. Aldığımız məlumata görə, bu üçlük martın 10-na təyin olunmuş “Əsgər ölümlərinə son” şüarı ilə keçiriləcək aksiyada təxribat törətməyi planlaşdırırmış.

Aparılan axtarış zamanı tutulan “nida”çılardan birinin – “Vendetta” ləqəbli Bəxtiyar Quliyevin evindən 19 ədəd “Molotov kokteyli” tapılıb. Bəlli olub ki, onlar benzin doldurulmuş butulkaları aksiya zamanı “işlətmək” üçün hazırlayıbmışlar. Məqsəd Azərbaycanda “Misir ssenarisi”nin həyata keçirilməsi olub.

Qeyd edək ki, Bəxtiyar Quliyev və Məhəmməd Əzizov əvvəllər də də polis tərəfindən saxlanılıblar.


Teqlər:  





Xəbər lenti