Musa Quliyev yenə ev məsələsini gündəmə gətirdi

Musa Quliyev yenə ev məsələsini gündəmə gətirdi
  13 Noyabr 2013    Oxunub:853
“İpoteka kreditləri daha geniş əhalini əhatə edəcək səviyyədə olmalıdır. Bunu inkişaf etdirmək üçün İslam bankçılığını Azərbaycana gətirə bilərik”.
AzVision.az xəbər verir ki, Milli Məclisdə çıxışı zamanı Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

“0-18 yaş arasında uşaqlar üçün 5 milyon manat pul ayrılıb. 3 milyon uşağın bir ildə müayinəsi nəticəsinə bu vəsait çatacaq. Burada bir uşağa 2,5 manat düşür. Əgər uşaqda problem aşkarlanarsa 4 dəfə müayinədən keçməlidir. Bu çatmayacaq, ona görə tibii sığorta üçün nəzərdə tutulan 10 milyon vəsaitin hamısı bu il bu sahəyə yönəldilsin. Çünki gələn ildən tibbi sığortanın reallaşacağına ümid etmirəm. Bunun üçün hazırlıq işlərinin görülməsinə ehticac var”.

Sosial evlərin tikilməsi məsələsinə danışan deputat qeyd edib ki, buna önəm verilməlidir:

“Vacib deyil ki, bunu dövlət etsin. Sahibkarlara müəyyən güzəştlər verilməklə də onlara bu sahədə imkanlar yarada bilərik. İpoteka kreditləri daha geniş əhalini əhatə edəcək səviyyədə olmalıdır. İslam bankçılığını Azərbaycana gətirə bilərik. Bununla sosial evlər tikilib, evlər verilə bilər. Eyni zamanda uşaqların yay istirahətinin təşkili ilə bağlı Təhsil Nazirliyinə yönləndirilən vəsaitin 2-3 milyon manatı uşaqların istirahətinə ayrılsın”-deyə M.Quiliyev qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti