Zahid Oruc:`Bazarlarda feodal münasibətlər hökm sürür`

Zahid Oruc:`Bazarlarda feodal münasibətlər hökm sürür`
  13 Noyabr 2013    Oxunub:1342
`Mən bir daha bəyan edirəm ki, dövlət qulluqçusu statusu o müəlimlərə veriləcək ki, onlar dövlət məktəblərində çalışırlar. Məsələnin başqa bir tərəfi məktəblərimizdə 93 faizə qədər qadınların çalışmasıdır`.

AzVision.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentdə büdcə müzakirələrinin çıxışı zamanı deyib.

Bu, istər-istəməz ikinci bir problem yaradır. Dövlət qulluğu haqqında qanuna bir daha baxmaq lazımdır ki, müəllimlər o statusu qazansın və bəlkə bu, kişilərimizin də məktəblərdə sayının artmasına səbəb olsun.

Millət vəkili çıxışında ticarət mərkəzlərindəki qanunsuzluqlara da toxunub :

`Bu gün bazarlarda, ticarət mərkəzlərində bir sıra problemlər yaşanır. Bu məsələ ilə bağlı Iqtisadi İnkisaf Nazirliyinə çağırış edirəm. Hesab edirəm ki, əksər bazarlarda, ticarət mərkəzlərindəki hüquqsuzluq, sahibkarlıq fəaliyyətinə, ölkənin ümumi iqtisadi siyasətinə mənfi təsir edir. Binə, Sədərəkdən tutmuş əksər ticarət obyektlərində müqavilə bağlanılmır, sanki həmin ərazilərdə feodal münasibətlər hökm sürür. Həmin yerlərdə baş verən yanğın hadisələrinin qısaqapanmadan, təsadüf nəticəsində baş verməsinə inanmıram. Bu, bolşevik dövrünün zərbə vurmaq üsuludur. Bazarlar uğurunda savaşdır. İqtisadi İnkişaf Nazirliyi sahibkarlarla danışıqlar aparıb, onların hüquqlarını təmin etməlidir”

Sevinc



Teqlər:  





Xəbər lenti