Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq
  13 Noyabr 2013    Oxunub:882
Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir.

Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda noyabrın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Bəzi cənub və şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.




Teqlər:  





Xəbər lenti