Abel Məhərrəmov gileyləndi

Abel Məhərrəmov  gileyləndi
  13 Noyabr 2013    Oxunub:1811
“Bakı Dövlət Universitetinin yataqxanalarının sökülməsi prosesinə başlanılıb və bu proses yaxın vaxtlara başa çatacaq. Amma yataqxananın tikilməsinə gələn ildən başlanılacaq. Bu istiqmaətdə danışıqlar aparılır, ondan sonra xərclər müəyyənləşəcək ”.
Bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O qeyd edib ki, yeni yataqxananın tikilməsi üçün maliyyə vəsaiti ayrılmalıdır.

“Belə təsəvvür olunmasın ki yeni yataqxanalara əvvəlki yataxanalar kimi olacaq. Bu Avropa səviyyəsində tikiləcək komleksdir. Yəni yataxanın biri bu gün, biri də sabah tikiləcək. Bir neçə ildən sonra universitetin 100 illiyini qeyd edəcəyik. Biz çalışırıq ki, həmin vaxta qədər 5-6 min tələbəni yataqxanaya götürək”.

A.Məhərrəmov yataqxana probleminin olması səbəbi ilə xarici dövlətlərdən BDU-da oxumaq istəyən tələbələri də itirdiklərini qeyd edib.

“Bu gün bizdə 15 dövlətdən oaln tələbələr oxuyur-Yaponiya, Koreya, Çin, Kanada və Avropa ölkələrindən. Ancaq bizə ən çox Türkiyə və İrandan tələbələr gəlir. Bizdə belə qayda var ki, nə qədər tələbə müraciət edirsə, onun hamısı qeydiyyata alınır. 15-20 min arası tələbə müraciət edir, ancaq bunun mini bizdə oxuyur. Bu rəqəm 3-5 min ola bilər. Hamı yataqxanaya görə gəlmək istəmir. Qeyd edilir ki, necə inkişaf etmiş ölkəsiniz ki, yataqxananız yoxdur. Xarici tələbələr gəlsə mənim də gəlirim olar, elmimi və təhsilimi inkişaf etdirərəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti