“Yazmağa təbaşir belə tapmırdıq”- Rektor
“Dünyanın çox universitetlərində olmuşam, 35 ildir təhsil sahəsində çalışıram. Bəzən elə adamlardan elə söz eşidilir ki, 4 il universitetdə oxuyub, heç 4 il universitetə getməyib, ancaq universiteti başı üstə qoymaq istəyir”.
Universitetin texniki vəziyyəti haqqında danışan rektor bildirib ki, 20 il bundan qabaq vəziyyət daha pis idi.
“ 20 il bundan qabaq dekan işləyərkən lövhədə müəllimlərin yazı yazması üçün təbaşir tapa bilmirdik. İmkanlı ailələrin uşaqlarından xahiş edirdik ki, təbaşir alıb gətirsinlər. 20 il keçib, universitetə heç bir investisiya ayrılmadan iqtisadiyyat və digər gəlirlər hesabına, beynəlxalq qarantlar hesabına pul qazanırıq. Maddi texniki bazanı gücləndiririk. Məsələn yığılan pul hesabına Qubanın kəndində təcrübə və istirahət mərkəzi açdıq. 20 il qabaq kompüterimiz olmasa da, indi hər otaqda kompyuter var”.
Sevinc İltifatqızı