Gizli maliyyələşən qurumlar cəzalanacaq
Hələ də qeyri-şəffaf yolla maliyyələşən qurumların olduğunu deyən millət vəkili Ç.Qənizadə əlavə edib ki, bu cür hallara yol verən, qeyri-rəsmi formada hansısa təşkilatlardan pul alan QHT-lər barəsində ciddi cəzalar müəyyənləşdirilib: "Bu qanun işləyir, Cənab Prezident tərəfindən də imzalanıb. Biz qanuna təkcə QHT-ləri yox, dini qurumları da əlavə etmişik, çünki dini qurumlar da bəzən belə yardımlar alırlar. Qeyri-şəffaf yolla maliyyələşən, rəsmi maliyyələşmə mənbəyi göstərilməyən QHT-lər aşkarlanacaqsa, o zaman Azərbaycan hüquq-müfafizə orqanları çox haqlı olaraq, onlara qarşı qanunda nəzərdə tutulan cəza tədbirlərini həyata keçirəcəklər. Heç bir halda QHT lər qeyri-rəsmi formada heç bir təşkilatdan, dövlətdən pul ala bilməzlər”.
Teqlər: