İlham Əliyev: “Qardaşlıq, dostluq əbədi davam edəcək”

İlham Əliyev: “Qardaşlıq, dostluq əbədi davam edəcək”
  13 Noyabr 2013    Oxunub:1095
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə tərəfindən Azərbaycana qoyulacaq sərmayələrdən danışan İ.Əliyev deyib ki, bu, qarşılıqlı olacaq:

“Qardaşlıq, dostluq əbədi davam edəcək. Əziz qardaşım Ərdoğana təşəkkür edirəm”.

Jurnalistlərin viza rejimi ilə bağlı sualını İlham Əliyev cavablandıraraq bildirib ki, bu sual ondan əvvəl Ərdoğana verilib:

“Bu sualı məndən əvvəl əziz qardaşım Ərdoğana verməsəydiniz cavab verərdim. Əvvəlcə ondan soruşdunuz. Mənim cavab verməyim düzgün olmaz”.

İlham Əliyevin bu sözlərinə Ərdoğan gülümsəyib və viza sualını belə cavablandırıb: “Viza məsələsini iqtisadiyyat nazirlərimiz diqqətdə saxlayacaq. Akademiklər, biznesmenlər tələblərlə bağlı aparılacaq qiymətləndirmələr atacağımız ilk addımlardan olacaq”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti