Millət vəkili Mikayıl Cabbarova müraciət etdi

Millət vəkili Mikayıl Cabbarova müraciət etdi
  13 Noyabr 2013    Oxunub:903
Hökumət kənd yerlərində yaşayan əhaliyə ipoteka krediti verilməsi barədə düşünməlidir.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Çingiz Qənizadə deyib.

O, qeyd edib ki, “bu kateqoriyadan olan insanlara 15-20 min manat civarında ipoteka krediti verilməsi mümkündür. Və dövlət büdcəsində də bu məqsədlər üçün vəsait ayrılmasında problem yoxdur”.

Çingiz Qənizadə təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Deputat qeyd edib ki, kəndlərdə müəllim çatışmazlığı var. “Kəndlərdə məktəb müəllimləri azlıq təşkil edir. Gənc kadrların kənd yerlərində fəaliyyətini davam etdirməsi üçün şərait yaradılmalı və güzəştlər edilməlidir. Buna görə də universitetlərdə təyinat məsələsi olmalıdır. Təhsil Nazirliyi buna diqqət yetirsin”.


Teqlər:  





Xəbər lenti