“Bu qurumların fəaliyyəti dayandırılmalıdır” - TƏKLİF
“Bu cür yardımlar davamlı şəkildə verilirsə bunun dayanıqlılığını necə təmin edə bilərik? Bu gün elə ailələr var ki, öz dolanışığını təmin edə bilmirlər. Mənzil və kommunal təssərrüfatla bağlı xidmətlər lazımı səviyyədə deyil və bu vəsait bir çox hallarda özünü doğrultmur. Liftlə, məişət tullantılarının daşınması, eləcə də istiliklə bağlı problemlər hələ də qalır və bu təşkilatlar onun öhdəsindən gələ bilmirlər. Bu xidmətlər fəaliyyətini dayandırsın və bələdiyyələrə verilsin. Bununla da xidmətin səviyyəsini də artacaq”-deyə millət vəkili narazılığını ifadə edib.
A.Quliyev həmçinin qeyd edib ki, işğal günlərinin keçirilməsi üçün rayonlara dövlət tərəfindən pul ayrılmalıdır:
“İşğal günləri ilə bağlı müəyyən tədbirlər keçirilir. Və bu tədbirlərin effekti də olmur. Təklif edirəm ki, rayonlara müəyəyn qədər vəsait ayrılsın ki, o rayonların işğal faktı ilə bağlı beynəlxalq qurumlarda, ölkədən kənarda təbliğat apara bilsinlər”.
Sevinc İltifatqızı