Daha bir Avropa ölkəsindən İlham Əliyevə təbrik

Daha bir Avropa ölkəsindən İlham Əliyevə təbrik
  13 Noyabr 2013    Oxunub:1261
Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, ali dövləti vəzifənizdə uğurlar
diləyirəm.

Zati-aliləri, icazə verin Albaniya ilə Azərbaycan arasında, xüsusilə qarşılıqlı geostrateji əhəmiyyət daşıyan TAP layihəsinin həyata keçirilməsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyimizi bir daha vurğulayım.

Ümidvaram ki, Prezidentliyinizin növbəti dövründə ölkələrimiz arasındakı əməkdaşlıq dövlətlərimizin qarşılıqlı maraqlarına uyğun olaraq yeni sahələrdə daha da inkişaf edəcəkdir.
Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".


Teqlər:





Xəbər lenti