Oqtay Əsədov: `Birdən-birə Amerika səhiyyəsi yarada bilmərik`

Oqtay Əsədov: `Birdən-birə Amerika səhiyyəsi yarada bilmərik`
  13 Noyabr 2013    Oxunub:1632
"İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə öz məruzəsində bildirdi ki, Azərbaycanın 5 il sonrakı dövlət büdcəsi 100 milyarda çatacaq. İnanırıq ki, belə də olacaq. Biz bu gün çox maraqlı tendensiyanın şahidi oluruq ki, artıq Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalır. Azərbaycanın neft sənayesi beynəlxaq ölkələrin dəstəyi ilə inkişaf uğurunu qazana bildi".

AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə çıxışında deyib. O bildirib ki, Azərbaycan xarici universitetlərdə təhsil alan mütəxəssislərin köməyi ilə dövlət strategiyasına başlamalı və qara qızılı insan kapitalına çevirməlidir:

"Hökumətin qarşısında duran ən əsas vəzifə insan amilidir. Söhbət təbii ki, təhsil sahəsində olan islahatlardan gedir. Etiraf edək ki, Azərbaycan universitetlərinin məzunlarının bir çoxu universitetdən sonra pullu kruslara gedirlər ki, peşələrini öyrənsinlər. Azərbaycan məktəblərinin məzunlarının 70 faizi ali təhsil ala bilmirlər və peşə təhsili ilə təmin olunmurlar. Onlar ailələrini saxlamaq üçün hansı peşəni öyrənməlidirlər? Bu istiqamətdə çox ciddi işlər aparılmalıdır. Təhsil Nazirliyi bununla məşğul olmalıdır. Prezident təhsillə bağlı çox ciddi bir sənədi imzaladı, amma qarşıda böyük işlər durur. Əks halda büdcədə müəyyənləşdirdiyimiz vəsaitin səmərəsi olmayacaq”.

Millət vəkili daha sonra səhiyyə sisteminə olan problemlərdən danışıb. O, bildirib ki, səhiyyə sisteminə yönəldilən vəsaitin səmərəsini biz görmürük:

”Yüz minlərlə dollar vəsait hesabına klinikalar açılır, ən müasir avadanalıqla təmin olunur. Yenə də kifayət qədər mütəxəssis çatışmazlığı var. Həkimlər öz fəaliyyətlərinə arxalanmadıqlarına görə, Azərbaycan vətəndaşları müalicə üçün İrana və digər ölkələrə gedirlər. Hamının gözünün qabağında İran səfirliyi viza rejimi tətbiq edəndə minlərlə vətəndaşımız gecələr səfirliyin qarşısında gözləyirdilər. Bu sahədə köklü dəyişiklər olmalıdır. Azərbaycan büdcəsindən hər il yüz minlərlə dollar tibbi siğorta fonduna veririlir, amma bu tibbi siğorta sistemi mifoloji sistem olaraq qalır. Deməli səhiyə sistemində, tibib bacılaırnın, həkimlər də ciddi islahatar olmasa biz yenə də vətəndaşlarımızı xaricə səhiyyə üçün göndərməyə məcbur olacağıq. Büdcədən səhiyyəyə ayrılan vəsaitin səmərəsini görmürük”-deyə, A.Mollazadə qeyd edib.

Daha sonra spiker Oqtay Əsədov Asim Mollazadənin çıxışına cavab verib: “Bildiyiniz ki, son illər səhiyyəyə xüsusi diqqət ayrılır və bu sahə artıq inkişaf edir. Azərbaycanda artıq ürək, böyrək köçürülmələri həyata keçirilir. Bunların heç birini biz görmürük, ancaq nəzərə alaq ki, investisiyanın çoxu bu sahəyə qoyulur. Biz birdən-birə Amerika səhiyyəsi yarada bilmərik ki? Ziyad müəllimin fikrinə gəlincə isə, mən düşünmürəm ki, o desin ki, bizim 5 il sonra büdcəmiz 100 milyard olacaq. O, yalnız ÜDM-un həmcinin 100 milyard olacağını deyə bilər. 5 il öncə desəydilər ki, ÜDM 70 milyard olacaq, inanmazdım. Amma bu baş verdi. 5 ildən sonra inanmaq ola bilər ki, büdcəmiz də 100 milyard ola bilər. Rəqəmləri ona görə deyirəm ki, jurnalistlər bunu başqa formada yazmasınlar ki, büdcəmiz 5 ildən sonra 100 milyard olacaq”,- deyə spiker vurğulayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti