Almaniya imkan vermədi

Almaniya imkan vermədi
  09 Mart 2013    Oxunub:1454
Almaniya söz verdiyi kimi Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasının qarşısını alıb
Brüsseldə Avropa İttifaqına üzv ölkələrin daxili işlər və ədliyyə nazirlərinin toplantısında Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması barədə məsələnin həlli 2013-cü ilin sonlarına kimi təxirə salınıb. Almaniya söz verdiyi kimi Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasının qarşısını alıb. Toplantıda çıxış edən Almaniyanın Daxili İşlər naziri Hans Peter Fridrix hər iki ölkədə rüşvətxorluq və mütəşəkkil cinayətkarlıqla kifayət qədər mübarizə aparılmadığını bildirib. Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələr Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olacağı təqdirdə bu dövlətlərdən qaraçı və miqrant axını baş verəcəyindən ehtiyyatlanır.


Teqlər:  





Xəbər lenti