Körpüdən aşan avtomobil ölümə səbəb oldu

Körpüdən aşan avtomobil ölümə səbəb oldu
  14 Noyabr 2013    Oxunub:977
Şəkidə avtomobil qəzaya uğrayaraq körpüdən yuvarlanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun İncə kəndində baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus "Hyundai" markalı minik avtomobili körpünün üzərindən çayın kənarına yuvarlanması nəticəsində qəza baş verib. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti