Deputat Nərimanovun məzarının Bakıya gətirilməsinə ETİRAZ etdi

Deputat Nərimanovun məzarının Bakıya gətirilməsinə ETİRAZ etdi
  14 Noyabr 2013    Oxunub:1261
“Nəriman Nərimanovun nəşi orda qorunsa yaxşıdır, onun Azərbaycana gətirilməsinə ehtiyac yoxdur”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, məsələ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun diqqətindədir :

“Sual oluna bilər ki, niyə Hüseyn Cavidin nəşi gətirildi. Ona görə onun məzarı elə bir yerdə idi ki, orada onu müdafiə etmək, abidə qoymaq mümkün olan deyildi. Çünki o, orada, sürgündə, həbsxanada olub. Nəriman Nərimanovun fəaliyyəti Moskva ilə bağlı olub. Belə çıxır ki, o zaman dövlət adamlarımız harada olublarsa, hamısının məzarını bura gətirək. Gərək onda Ə.B.Topçubaşovun, Mirzə Fətəli Axundovun, Nəsiminin də məzarını gətirək. Bunlar özünü doğrultmayan məsələlərdir. Əsas odur ki, onların məzarları olduqları yerdə onlara diqqət göstərilsin. Nərimanovun məzarının olduğu qəbirstanlıq dağıdılırsa, güman ki, həmin qəbirstanlıq dağıdıılırsa, yəqin ki ayrı bir yerə köçürülür. O, böyük dövlət xadimidir.

Bizim Rusiyadakı səfirliyimiz bu məsələləi diqqətdə saxlayır. Polad Bülbüloğlu incəsənət, mədəniyyət xadimidir. Bu məsələlərə həssasdır. Təbii ki belə məsələlər ölkəmizin də nəzarətindədir. Əgər bununla bağlı dözülməz hal olarsa, əlbəttə son qərarı qəbul etmək olar. Amma prinsipcə, kim harada dəfn olunursa, gərək orada müdafiə olunsun. İnteqrasiya olunan bir dünyada yaşayırıq. Minlərlə azərbaycanlı dünyanın hər yerində yaşayır. –deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl sovet Azərbaycanının rəhbərlərindən olan Nəriman Nərimanovun nəşinin Moskvadan gətirilməsi məsələsi geniş müzakirələrə yol açmışdı.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti