Futbol komandamıza yeni baş məşqçi

  08 Mart 2013    Oxunub : 689
Futbol komandamıza yeni baş məşqçi
“Xəzər Lənkəran” rəhbərliyi ispaniyalı Karles Martorell Bakesin istefasından sonra baş məşqçi problemini həll edib.
Bu barədə apasport.az saytına müsahibəsində komandanın vitse-prezidenti Tuyqun Nadirov bildirib. T. Nadirovun sözlərinə görə, məşhur mütəxəssis Con Toşak bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək. Son illər Uels millisində çalışan çalışdırıcı ilə yaxın günlərdə “Xəzər Lənkəran” komandasının baş məşqçisi kimi rəsmi müqavilə bağlanacaq.

Teqlər: