Yeni məscid tikiləcək

Yeni məscid tikiləcək
  09 Mart 2013    Oxunub:1242
Gürcüstan Müsəlmanları İdarəsi Batumidə məscid tikintisi ilə bağlı bəyanat yayıb
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Acarıstan Yazıçılar Birliyinin (AYB) bəyanatına cavab verib. APA-nın məlumatına görə, AYB Gürcüstanda yaşayan müsəlmanların ünvanına kəskin bəyanat yayıb. Bəyanatda Gürcüstan müsəlmanları və ölkənin baş naziri Batumi məscidi ilə bağlı açıqlamalara görə yalançılıqda ittiham olunub.

GMİ isə bu bəyanata cavab olaraq, qeyd edib ki, bu fakt problemin məscidlə deyil, onun tikintisi ilə bağlı olduğunu bir daha təsdiqləyir: “Təəssüf ki, bəzi gürcü qardaşlarımız ədalətsiz hərəkət edirlər. Təqdirəlayiq hadisədir ki, baş nazir Batumidə məscid tikintisi məsələsində yeni hakimiyyətin mövqeyinin müsbət olduğunu bildirib və Batumidə Gürcüstanın maliyyəsi ilə yeni məscid tikiləcəyini vəd edib. Biz Gürcüstanın bütün vətəndaşlarını situasiyanı gərginləşdirməməyə və ağılla hərəkət etməyə çağırırıq. Bildiririk ki, dinlər arası qızışdırıcı siyasət yürütmək lazım deyil, əks təqdirdə bu ölkəyə zərər gətirə bilər, Gürcüstanın demokratik inkişafına mənfi təsir edər”.

GMİ-nin bəyanatında müsəlmanların mövqeyinin dəyişməyəcəyi bildirilib: “Biz axıradək Batumidə məscid tikintisi ilə bağlı mübarizə aparacağıq. Biz müsəlmanları Gürcüstanın düşmənlərinin təxribatına uymamağa və ağılla hərəkət etməyə çağırırıq. Eyni zamanda Gürcüstan hakimiyyətindən xahiş edirik ki, Batumi şəhərinin kənarında yox, müsəlmanların istədiyi yerdə torpaq sahəsi ayrılrsın”.

Bəyanatda Gürcüstan müsəlmanları beynəlxalq, yerli qeyri-hökumət və hüquq müdafiə təşkilatlarından, diplomatik korpuslardan xahiş ediblər ki, qarşıdurmaya yol verilməməsi üçün prosesə vaxtında müdaxilə etsinlər.


Teqlər:





Xəbər lenti