İranın Azərbaycana qarşı gizli sərhəd planı

İranın Azərbaycana qarşı gizli sərhəd planı
  14 Noyabr 2013    Oxunub:1245
İranın Azərbaycanla sərhədi bağlaması geniş müzakirələrə yol açıb. Dövlət rəsmiləri bu addımı texniki problemlərlə əlaqələndirsələr də ekspertlər tam fərqli düşünür. Siyasi şərhçilər hesab edirlər ki, İran bu taktika ilə viza məsələsini gündəmə gətirməyə və Bakının diqqətini bu məsələyə cəlb etməyə çalışır.

Maraqlıdır, seçkidən sonra İranın bu addımı atması nə ilə bağlıdır? Rəsmi Tehran bununla Bakıya hansı mesajı verməl istəyir?

Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında bu suallara cavab tapmağa çalışıb.

Ekspert hesab edir ki, sərhədlərin bağlanması İranın siyasi gedişi ola bilər. Politoloqun fikrincə, İran bu addımla viza məsələsini gündəmə gətirmək niyyətindədir:

“İranın sərhəddi bağlamasının əsas iki səbəbi var ki, bunlardan biri viza rejimidir. İran tərəfi istəyir ki, Azərbaycan Türkiyədən öncə İranla viza rejimini aradan qaldırsın. Bundan istifadə edən fars rejimi Naxçıvanı blokadaya almaq istəyir. İran duyub ki, Türkiyə ilə Azərbaycna arasındakı viza rejimi qismən aradan qalxıb, ona görə də Naxçıvanı blokadaya almağa başlayıblar. Naxçıvana gedən strateji məhsulları buraxmırlar. Bunlar İranın Azərbaycan xalqına etdiyi ən böyük pisliklərdən biridir. Özü də bu, şiə müsəlmanların əziz hesab etdiyi günlərə təsadüf edir”-deyə Q.Hüseynli şərh edib.

O həmçinin qeyd edib ki, sərhəddəki problemə digər səbəb isə Rusiyadır:

“Rusiyanın işarəsidir ki, ermənilərin işini asanlaşdırmaq üçün Naxçıvan blokadaya alınsın. İranlılar, farslar rusun bir işarəsi ilə onların dediyi hər şeyi həll edirlər.”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti