Oqtay Əsədov xalq şairinə irad tutdu

Oqtay Əsədov xalq şairinə irad tutdu
  14 Noyabr 2013    Oxunub:1069
Milli Məclisin bugünkü plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
AzVision.az-ın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, 2 gündür büdcə ilə bağlı keçirilən iclasda 44 millət vəkili və 4 hökumət nümayəndəsi çıxış edib.

İclasda ilk olaraq çıxış edən millət vəkili Sabir Rüstəmxanlı büdcənin yüksək səviyyədə hazırlanmasından məmnun olduğunu deyib.

“Mən 300 milyon dollarlıq büdcənin müzakirəsində də iştirak etmişəm. İndi təxminnə 7 dəfə artan büdcənin müzakirəsində də iştirak edirəm. Təbii ki, bu artımla qürurlanmamaq mümkün deyil. Neft gəlirlərindən xilas yollarını düşünürük. Bunun da bir sıra alternativ çıxış yolları var. Bunlardan biri kənd təsərüffatının iştirakıdır. Azərbaycanın kənd təsərüffatı bizim millətin tükənməz qaynağıdır. Buna görə də bu sahəyə diqqət artırılmalıdır. Şübhəsiz ki, bu sahədə işlər görülür, lakin bu da yetərli deyil. Çünki bir sıra sahələr var ki, ənənələr burada yenidən təkrar olunmalıdır. Büdcənin başqa gəlir mənbələri də ola bilər. Çıxış yollarından biri iqtisadiyyatda ədalətlin bərpasıdır.
Təbii ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir. bunu görməmək mümkün deyil. Danılmaz faktdır ki, bu inkişafa mane olan qüvvələr də var. ÜDM-in artırılmasının real yollarından biri vergi ödəyicilərinin sayının artırılmasıdır. Təəssüf ki, bu sahədə çox ciddi qüsurlar var. Orta sahibkarlığın artmasına demək olar ki, şərait minumum səviyyədədir”.

S.Rüstəmxanlı daha sonra sahibkarlıq sahəsində hökm sürən özbaşnalıqlardan danışıb.

“Kimlərsə hansısa sahəyə sahibləniblər. Həmin sahəyə başqalarının gəlməsinə isə şərait yaradılmır. İqtisadiyyatın inkişafının əsas şərti rəqabət olmayan yerdə rəqib də ola bilməz. Biz də isə rəqiblərin yolu bazara gəlməzdən əvvəl bağlanır. Bazar iqtisadiyyatı əvəzinə bazarkomlar var. Buna görə də Azərbaycanda siyasi dözümsüzlük yox, iqtisadi dözümsüzlük var. Azərbaycandan gedənlərin çoxu dolanışıq yeri tapa bilmədiklərindən xaricə üz tuturlar. Ona görə də ilk növbədə Azərbaycanda manapolyanın qarşısı alınmalıdır”-deyə deputatın çıxışında spiker reaksiya verib.

O.Əsədov deputatda irad tutaraq çıxışında uyğunsuzluğun olduğunu qeyd edivb.

“Sabir müəllim, çıxışınızın əvvəlində fəxr edirsiniz, sonra isə başqa cür danışmağa başlayırsınız. Sizin çıxışınızda başdan sona kimi uyğunsuzluq var”.

Millət vəkili vaxtının kəsilməsindən sonra yenidən çıxış edərək Oqtay Əsədovun sözlərinə cavab verib: “Oqtay müəllim, siz özünüz də bilirsiniz ki, mən nədən danışıram. Ona görə də heç nəyə cavab vermək istəmirəm. Kiçik müəssisə sahibi olmaq istəyən sahibkar həmin təşkilatı qeydiyyata salmaq üçün müəssisə boyda kağız-kuğuza ehtiyac var. Bunu aradan qaldırmaq lazımdır. Buna görə də vergidən yayınmaqla kənarlarda müəssisələr açılır. Xaricdəki gənclərin Azərbaycanda oxuması üçün fond yaradılmalıdır. Güney Azərbaycandan bir nəfər də olsa ölkəmizdə təhsil almaq üçün gəlmir. Cəmi 1 milyon pul lazımdır ki, 500 tələbə hər il Azərbaycanda oxusun. Bu bizim strategiyamızın əsas xətlərindən biridir. Bu məsələyə maliyyə nazirliyi imkan daxilində şərait yaratsın”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti