Deputatın Əbülfəz Qarayeva xahişi

Deputatın Əbülfəz Qarayeva xahişi
  14 Noyabr 2013    Oxunub:1225
`Son illər Maştağa, Nardaran, Bilgə, Zabrat qəsəbələrində böyük sosial obyektlərin tikilməsi, təmir, asfalt yolların çəkilməsi üçün böyük işlər görülüb. Yeni qəsəbələr salınıb. Buna görə, Maliyyə, Mədəniyyət, Səhiyyə, Nəqliyyat, Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm.`

AzVision.az xəbər verir ki, bunu millət vəkili Eldar Quliyev Milli Məclisdə çıxışı zamanı deyib. Deputat qeyd edib ki, adıçəkilən qəsəbələrdə tarixi abidələr mövcuddur:

`Amma bu yerlərdə təmir və bərpa işləri aparılmadığı üçün onlar yaxın vaxtlarda məhv olacaq. Qəsəbələrdə mədəniyyət evləri uzun müddətdir ki, bağlıdır, istifadəsi mümkünsüzdür. Həmin yerlərə maliyyə ayrılsa da, hələ də təmir olunmayıb. Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm ki, bu mədəniyyət evlərinin təmiri məsələsini gündəliyə salsınlar`.

E. İbrahimov həmçinin qəsəbələrdə mavi yanacağının aşağı təzyiqdə olmasından şikayətlənib :

`Xahiş edirəm ki, hökumət nümayəndələri müvafiq qurumlara qazın təzyiqinin artırılması ilə bağlı müəyən göstərişlər versin`.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti