“Sumqayıtda qocalar evi tikilməlidir”- Deputatdan TƏKLİF
“Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtın yataqxana problemi var. Keçmiş Sovet ittifaqı vaxtında müvəqqəti yaşamış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır.Bu Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır. Sumqayıt şəhəri özünü dolandırmaq sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcəyik. Nə özəl biznes və sumqayıtın özünün bura maliyyə ayırması mümkündür”.
Deputatın sözlərinə görə, Sumqayıtda qocalar evi tikilməlidir.
“Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 4 yüz mindən artıq insan yaşayır. Burada qocalar evinin tikilməsi və istismara verilməsi vacibdir. Bu uzun müddət gündəmdir”.
Sevinc İltifatqızı
Teqlər: