Daha bir ştat Xocalı soyqırımını tanıdı

Daha bir ştat Xocalı soyqırımını tanıdı
  09 Mart 2013    Oxunub:1858
İndiana ştatın qanunverici orqanı müvafiq qətnamə qəbul edib
Amerika Birləşmiş Ştatlarının İndiana ştatı Xocalı hadisələrini rəsmən soyqırım kimi tanıyıb. Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ştatın qanunverici orqanı bu haqda müvafiq qətnamə qəbul edib. Bununla da Birləşmiş Ştatlarda Xocalı hadisələrini soyqırım kimi tanıyan ştatların sayı 9-a çatıb. Onlardan 4-ü bu haqda qətnaməni bu il qəbul ediblər.

Onu da əlavə edək ki, bu il Xocalı soyqırımını Çexiya, Bosniya və Herseqovina da tanıyıb. İndiyə qədər Pakistan, Kolumbiya, Ruminiya və Meksika parlamentlərində də bu qətliamın soyqırım aktı kimi tanınması barədə qətnamələr qəbul edilib.


Teqlər:  





Xəbər lenti