Şəmsəddin Hacıyevdən müəllimlərə yeni maaş XƏBƏRİ
AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən müəllimlərin və elm adamlarının maaşlarının 10% artırılması üçün dövlət büdcəsindən 300 mln. manat həcmində vəsaitin ayrılması tələb olunur.
"Müəllimlərin maaşlarını artırmaq üçün əvvəla elm sahəsində ciddi işlər aparılmalıdır. Elm sahəsində ciddi texniki baza hazırlanmalıdır. Məhz bundan sonra müəllimlərin maaşları artırıla bilər. Çünki bunun üçün texniki və qanuni baza hazır olacaq" - deyə, millət vəkili vurğulayıb.
Sevinc İltifatqızı