Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

 Bakıda avtobuslar gecikmə ilə hərəkət edir
  26 Fevral 2019    Oxunub:2103
Bu gün səhər saatlarından etibarən paytaxtda sərnişin avtobuslarının hərəkətində gecikmələr müşahidə edilir. Bu səbəbdən dayanacaqlarda sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a bildirib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı şəhərdə anım yürüşü keçirilir. Bununla əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılıb.

“Bildiyimiz kimi, bəzi yollarda hərəkət məhdudlaşdırılıb.Həmçinin çoxlu sayda insan bir ünvana gedir. Bu səbəbdən xahiş edirəm ki, sərnişinlər anlayışla qarşılasınlar”.

Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası dəyişdirilib.

Aytən Zəhra
Azvision.az





Teqlər: BNA   Avtobus   Sərnişin  





Xəbər lenti