Sabahdan hava soyuyacaq: yağış yağacaq

Sabahdan hava soyuyacaq: yağış yağacaq
  14 Noyabr 2013    Oxunub:956
Günorta 18 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, axşama doğru bəzi yerlərdə yağış yağacaq.

Gündüz saatlarından başlayaraq axşama doğru şimal-qərb küləyi güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, günün birinci yarısında 18 dərəcə, axşama doğru 10-12 dərəcə isti olacaq.

Rayonlarında noyabrın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi gündüz güclənəcək

Aran rayonlarında noyabrın 15-də havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti