Komitə sədri: ”Bu çox güclü dinamikadır”

Komitə sədri: ”Bu çox güclü dinamikadır”
  14 Noyabr 2013    Oxunub:1315
Milli Məclisdə “Yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olunur. AzVision.az xəbər verir ki, İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda yaşayış minimumu 125 manat səviyyəsində müəyyən edilib:

”Son 3 ildə bu sahədə dinamika mühaşidə olunur. Bu siyasət əhalininn sosial inkişafının yaxşılaşıdırlımasına xidmət edir”.

Eyni zamanda Milli Məclisdə “Ehtiyac meyarı” haqqında qanun layihəsi də müzakirə edilib.

Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanun layihəsi ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərdə turulur və 2008-ci ildə bu rəqəm 35 manat idisə, gələn il üçün 100 manat olması nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti