`Nazirlərin maaşları artırılmalıdır`- partiya sədrindən TƏKLİF

`Nazirlərin maaşları artırılmalıdır`- partiya sədrindən TƏKLİF
  14 Noyabr 2013    Oxunub:1047
"Hakimiyyət bölgüsündən söhbət gedirsə mütləq əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır."
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa nazirlərin maaşının azlığından danışarkən deyib:

"Prezidentin maaşı 15 min manatdır, ondan sonra gələn dövlət qurumlarının rəhbərləri heç olmasa bu məbləğin 3-də 2-sini alsınlar. Hakimiyyət bölgüsündən söhbət gedirsə mütləq əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır."

Amma deputatın bu dediklərinə parlamet sədrinin birinci müavini Ziyafət Əsgərov etiraz edib.

“Fazil müəllim, siz dediniz prezidentin maaşı 15 min manatdır, amma deyim ki, prezidentin maaşı sizin dediyinizdən iki dəfə azdır”.

Qüdrət Həsənquliyev də prezidentin maaşı ilə bağlı deyilənlərə toxunub.

“Prezident 15 min manat alır, 7 min manatı eks-prezidentlər alır”-deyə, millət vəkili əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti