Milli Məclisə 19 milyon pul ayrılıb

Milli Məclisə 19 milyon pul ayrılıb
  14 Noyabr 2013    Oxunub:929
“2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün isə 103 manat məbləğində müəyyən edilib”.
AzVision.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov parlamentin bugünkü iclasında gələn ilin dövlət büdcə zərfininin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulub.

O, həmçinin Milli Məclisin 2014-cü il üçün xərclər smetası ilə bağlı bildirilib ki, parlament və onun aparatının saxlanması üçün 19 milyon 102 min 998 min manat vəsait nəzərdə tutulub:

"Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası 3 milyon 634 min manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin proqnozundan ümumilikdə 2,3 faiz çoxdur".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti