“Milli Şuranı elə bil dədəsinin evindən gətirib?” - İTTİHAM

“Milli Şuranı elə bil dədəsinin evindən gətirib?” - İTTİHAM
  14 Noyabr 2013    Oxunub:1225
Əhrar Partiyasının sədri, Müsavata yaxınlığı ilə seçilən Vaqif Hacıbəyli Milli Şura üzvü Eldəniz Quliyevə əsəbləşib. AzVision.az-ın məlumatına görə, “Milli Şura Rüstəm bəyə məxsusdur” deyə E.Quliyevin açıqlamasına V.Hacıbəyli belə reaksiya verib:

“İndi də deyirlər ki, Milli Şura bununkudur. Soruşmaq ayıb olmasın, bəlkə dədəsinin evindən gətirib, xəbərimiz yox. Bu arada təəssüflənirəm ki, hələ mayın 5-də verdiyim aşağıdakı proqnoz da düz çıxdı. Belə şeylərə "hətərən- pətərən" danışmaq deyirlər. Deyirəm yadınızda qalsın, bu da bizə təzə bir paz olmasa yaxşıdı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti