YAP-çı qadınlar toplandı

  14 Noyabr 2013    Oxunub : 600
YAP-çı qadınlar toplandı
Yeni Azərbaycan Partiyası 21 illiyini qeyd etməyə hazırlaşır. Bununla bağlı YAP Gəncə şəhər Təşkilatında geniş tədbirlər planı hazırlanıb.
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının təşkil etdiyi dəyirmi masa da bu hadisəyə həsr olunub. Tədbirdə Qadınlar Şurası idarə heyətinin üzvləri və partiyanın fəal qadınları iştirak ediblər. Tədbiri açan YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə partiya sıralarında qadınların səmərəli fəaliyyətindən danışıb.

İdarə heyətinin üzvlərindən Gülsüm Quliyeva, Gülçin Mirzəyeva, Təranə Hüseynova, İntizar Qafarova, Zemfira Ağayeva və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının uğurlarına, qadınların həmişə cəmiyyətdə aparıcı qüvvə olmasına toxunublar.

Müzakirələrdən sonra Azərbaycanın istedadlı qadın şairi, ilk şahmatçı qadın, musiqiçi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar qızlardan ibarət şahmat yarışının, ədəbi-bədii gecənin təşkil olunması qərara alınıb.

Teqlər: