Kafedə yanğın

  09 Mart 2013    Oxunub : 355
Kafedə yanğın
Naftalan şəhərində kafenin ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşa məxsus kafenin ərazisində hər birinin sahəsi 10 kv. m olan taxta konstruksiyalardan ibarət 3 ədəd kotec 30 kv.m sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: