Abel Məhərrəmov TQDK-nın ləğvindən danışdı

Abel Məhərrəmov TQDK-nın ləğvindən danışdı
  14 Noyabr 2013    Oxunub:982
“TQDK 10 il bundan qabaqkı deyil”

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Abel Məhərrəmov Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirib. AzVision.az-a açıqlamasında rektor belə bir məlumatın onda olmadığını qeyd edib:

“Məndə bu haqda məlumat yoxdur, eləcə də Elm və təhsil komitəsinə də bu barədə heç bir informasiya daxil olmayıb. Ancaq mən qeyd etmək istərdim ki, TQDK-nın fəaliyyətini lazımi qədər yüksək qiymətləndirirəm. Hesab edirəm ki, gələcəkdə də həmişə islahatlar aparılacaq, təkmilləşdirmələr gedəcək. TQDK 10 il bundan qabaqkı deyil, çox təkmilləşib. Metodoloji müstəvidə orta məktəb buraxılış imtahanlarına yaxınlaşıb, bir müstəviyə gətirilib, yəni mən bu uğurları müsbət qəbul edirəm. Və yeni təhsil naziri də işə başlayıb, o bu yaxın günlərdə bizi yığmışdı, onunla çox gözəl dialoqumuz oldu.TQDK-nın və Təhsil Nazirliyinin funksiyası bizi yüksək səviyyədə qane edir. Amma TQDK-nın Təhsil Nazirliyinə birləşməsi haqda mənim heç bir məlumatım yoxdur”-deyə, Abel Məhərrəmov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti