Almaniyada “Azərbaycan gecəsi” - FOTOLAR

Almaniyada “Azərbaycan gecəsi” - FOTOLAR
  15 Noyabr 2013    Oxunub:972
Heydər Əliyev Fondu Almaniyanın Ştutqard şəhərində “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində daha bir tədbir keçirib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Ştutqarddakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil edilib.

“Azərbaycan gecəsi”ndə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq Artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları, Köln şəhərinin “Minguet Quartett”inin çıxışı tamaşaçılara təqdim olunub. Fikrət Əmirovun “Miniatürlər”i, Cövdət Hacıyevin “Ballada”sı, Tofiq Quliyevin “Qaytağısı” alqışlarla qarşılanıb.

Azərbaycanın Ştutqarddakı fəxri konsulu Otto Hauzer çıxış edib, belə bir tədbirin təşkilinə görə, Heydər Əliyev Fonduna təşəkkür edib: “Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır. Ştutqarddakı bu tədbir Azərbaycan mədəniyyətini təkcə musiqi ilə deyil, digər tərəfləri ilə də göstərəcəkdir. Bunlardan biri də Azərbaycan mətbəxidir. Belə ki, tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti qonaqlara təqdim olunur”.

Tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı foto sərgisi təşkil olunub, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti