Tomas Andersin Bakıda konserti olacaq

Tomas Andersin Bakıda konserti olacaq
  05 Mart 2019    Oxunub:3201
Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, konsert mayın 7-də baş tutacaq. "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Qeyd edək ki, T.Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir. "You're My Heart, You're My Soul" ("Sən mənim qəlbimsən, sən mənim ruhumsan") sinqlı 81 ölkədə birinci olub. "Modern Talking" qrupu fəaliyyətini dayandırdıqdan sonra o, solo karyerasını davam etdirib. "Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 40, 50, 60, 80, 100, 120, 150 və 200 manatdır. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Azvision.az


Teqlər: Bakı   Konsert  





Xəbər lenti