Ərdoğan İlham Əliyevin Ankara səfərindən danışdı

Ərdoğan İlham Əliyevin Ankara səfərindən danışdı
  15 Noyabr 2013    Oxunub:1147
İlham Əliyevin Türkiyəyə ikigünlük səfəri açıq və səmimi şəraitdə keçib
İlham Əliyevin ölkəmizə səfərləri bizim üçün artıq ənənəyə çevrilib. Bizdə də seçkilər başa çatandan sonra ilk xarici səfərimiz Azərbaycana olur. Onlar da belə edirlər. İlham Əliyevin budəfəki iki günlük səfəri həqiqətən açıq və səmimi şəraitdə keçib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bunu noyabrın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana Ankarada müsahibəsində deyib.

Ərdoğan bildirib ki, səfər çox səmərəli olub: "Bildiyiniz kimi, bizdə həm Rusiya ilə, həm də Azərbaycanla Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılıb və bu Şura fəaliyyətdədir. Biz hərbi, siyasi, iqtisadi sahələrdə, ticarət və mədəniyyət sahələrində çoxsaylı ikitərəfli sazişlər bağlamışıq. Bilirəm ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Bununla əlaqədar, bir məsələ mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ problemi ilə əlaqədar onlara həvalə edilmiş öhdəlikləri yerinə yetirməlidirlər. Əgər münaqişə nizamlansa, yekunda Azərbaycan da qazanar, Ermənistan da, Türkiyə, Rusiya və İran da".

"Siz digər bir neçə ölkənin adını çəkmədiniz..." sualına cavabında isə deyib ki, Rəcəb Tayyib Ərdoğan deyib:" Mən sərhədyanı dövlətlər barədə danışdım. Bəli, Əfqanıstan da daxil olmaqla bu dövlətlərin hamısı qazanar".


Teqlər:  





Xəbər lenti