“Dollarlar haradandır, Əli Kərimli?”
İşsizlikdən, səfalətdən dəm vuran Kərimlinin yox yerdən 1000 dolları hardan tapması maraq doğurur.
Diqqət çəkən digər məqam isə cənab Kərimlinin yardımı niyə məhz manatla yox, dollarla etməsidir.
Yap-çı deputat Aydın Mirzəzadə də məsələyə öz münasibətini bildirib.
AzVision.az-ın məlumatına görə, A.Mirzəzadə hesab edir ki, Ə.Kərimlinin bu addımı onların xaricdən maliyyələşməsinə dair yetərli sübutdur.
“Maraqlıdır, niyə radikal müxalifət lideri yardımı milli Azərbaycan manatı ilə yox, xarici ölkə valyutası ilə edib ? Məgər o maaşı xarici valyuta ilə alır?
Cənab Əli Kərimli bununla Azərbaycan dövlət atributlarından birinə hörmətsizliyini nümayiş etdirmiş olur. İkinci tərəfdən, sual olunur, o xarici ölkə valyutasını hardan alır, ümumiyyətlə onun gəliri hardandır ki, hələ yardım da edə bilir.
Bəlkə bu hadisə, radikal müxalifətin xaricdən maliyyəşməsi barədə iddiaları təsdiq etmiş olur. Preziden tseçkilərinə müxalifətə verilmiş dollarların kiçik bir hissəsini müxalifət liedri nümayişkarəna surətdə kiməsə yardıma xərcləyir.
Dollarlar haradandır, Əli Kərimli?.
Rüstəm İsmayılov