Əhmədinejat onun üçün ağladı - FOTO

Əhmədinejat onun üçün ağladı - FOTO
  09 Mart 2013    Oxunub:1420
Əhmədinejat üç gün öncə dünyasını dəyişən dostu Uqo Çavesin dəfn mərasimində hüznlü anlar yaşayıb.
Venesuela prezidenti Uqo Çavesin rəsmi yas mərasimi paytaxt Karakasdakı hərbi akademiyada keçirilib. İran prezidentin Mahmud Əhmədinejat Çavesin tabutunu öpərək vidalaşıb.

Mərasimə Əhmədinejat, Kuba lideri Raul Kastro və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla yanaşı 55 ölkədən olan lider və təmsilçilər də qatılıb. Çaveslə dostluğu ilə tanınan, mərasimdə olduqca həyəcanlı görünən İran prezidenti venesuelalıar tərəfindən ən çox alqışlanan liderlərdən olub.



Teqlər:  





Xəbər lenti