Ali Məhkəmədə Əli İnsanovla bağlı qərara baxıldı
Birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Əli İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Toğrul Babayev Plenumun qərarından Avropa Şurasının Nazirlər Komitəsinə şikayətlə müraciət edəcəklərini bildirib.
Qeyd edək ki, AİHM bu il martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası üzrə qərarını açıqlayıb.
Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib.
Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.