İslam bankçılığı Azərbaycanda inkişaf edir

İslam bankçılığı Azərbaycanda inkişaf edir
  16 Noyabr 2013    Oxunub:1896
İslam bankçılığı Azərbaycanın bölgələrində də əlçatan olacaq.
Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin bölgələrində İslam bankçılığı çərçivəsində fəaliyyətini genişləndirməyi planlaşdırır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə cümə günü Bakıda keçirilmiş MDB ölkələrinin VI Banklararası Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda İslam bankçılığı çərçivəsində Bakıda pərakəndə müştərilər maliyyələşdirilir: "Bölgələrdə özəl ev təsərrüfatları və sahibkarların mikromaliyyələşdirilməsinə xüsusi diqqət ayrılır".

B.Qurbanzadə qeyd edib ki, İslam pərakəndə portfeli çərivəsində ortaçəkili depozit 1 il müddətinə verilir: "İslam depozit portfelinin ümumi məbləği təqribən 2,5 milyon dollar təşkil edir, istehlak müştərilərinin ümumi maliyyələşdirilməsi isə 10 milyon dolları cüzi üstələyir. ABB, həmçinin Avropada ixtisaslaşdırılmış İslam ödəniş kartını təqdim edən ilk bankdır. "MasterCard" ilə birgə buraxılan bu çoxfunksiyalı kart ilk belə məhsuldur.


Teqlər:





Xəbər lenti