Rusiyanın opera ulduzu Bakıda çıxış edib

Rusiyanın opera ulduzu Bakıda çıxış edib
  10 Mart 2019    Oxunub:2227
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib.

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabit) çıxış ediblər. Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Azvision.az



Teqlər: Teatr   Opera  





Xəbər lenti