Zakir Həsənov: Azərbaycan işğal faktı ilə barışmayacaq

Zakir Həsənov: Azərbaycan işğal faktı ilə barışmayacaq
  16 Noyabr 2013    Oxunub:1311
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir naziri yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini, ölkələrimiz arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən işləri diqqətə çatdıran Zakir Həsənov Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasının region üçün vacibliyini vurğulayıb.

Nazir Azərbaycanın işğal faktı ilə barışmayacağını bildirib.

Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Həsən Nevzat Taşdeler də iştirak edib.



Teqlər:





Xəbər lenti