“Barclays” 1500 insanı işsiz qoydu

“Barclays” 1500 insanı işsiz qoydu
  16 Noyabr 2013    Oxunub:1222
“Barclays” internet-bank üzündən şəxsi heyəti işdən azad edir.
AzVision.az xəbər verir ki, Britaniyanın “Barclays” bankının 1,5 mindən çox əməkdaşı internetin inkişafı üzündən işindən məhrum olacaqdır.
İxtisar bankın Britaniyadakı bölmələrinin əməkdaşlarına şamil olunacaq.

Amma bu dəfə ixtisarın əsas səbəbi ziyanla bağlı deyildir.
Hər şey çox sadədir. Əhali internet-bankinqdən getdikcə daha çox istifadə edir və banka getməyi artıq sayır.

Qeyd edək ki, gözlənilən ixtisar ən irimiqyaslı işdən çıxarılma olacaq. 1,5 mindən çox bölmənin hər birində əməkdaşların sayı 1 nəfər azalacaq.


Teqlər:





Xəbər lenti